Göynüyür ürəyim soyulur dərim,
İşğal edib eşqin dərddi hər yerim.
Sadəcə sənə bir sual qoy verim,
Bəs mənsiz de görüm xoşbəxtsən indi?...
Göynüyür ürəyim soyulur dərim,
İşğal edib eşqin dərddi hər yerim.
Sadəcə sənə bir sual qoy verim,
Bəs mənsiz de görüm xoşbəxtsən indi?...
~~~
İçimdə fırtına qoparan yarım,
Qəlbimi tənindən tam yaran yarım.
Ruhumu özüylə aparan yarım,
Bəs mənsiz de görüm xoşbəxtsən indi?...
~~~
Hər gün baxıram dərd pəncərəsinə,
Ürəyim xəstədi bax çarəsinə.
Adın duz tək batır qəlb yarəsinə,
Bəs mənsiz de görüm xoşbəxtsən indi?...
~~~
Başlayıb sənsizlik məni sıxmağa,
Bir özgə yerimdə yoxdu qaçmağa.
Can atdın həmişə vurub yıxmağa,
Bəs mənsiz de görüm xoşbəxtsən indi?...
~~~
Elə hey hər şeydən narazı qaldın,
Getdin və ruhumu canımı aldın.
Bir özgə qoynunda de! razı qaldın?,
Bəs mənsiz de görüm xoşbəxtsən indi?...
~~~
Münmkündü bu şair heç dana səni?,
Sevmişəm dəli tək sevmədin məni.
Yoxduki Peymanın qısqana səni,
Bəs mənsiz de görüm xoşbəxtsən indi?...
Mais de sanderlei.com.br
LYRICS
RADAR by Sanderlei